Bakı. Trend:
"Drujba" neft kəmərinin vasitəsilə Çexiyaya neft tədarükü yaxın bir neçə gün ərzində bərpa edilməlidir.
Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı ČTK xəbər agentliyi neft kəmərinin Çexiya hissəsinin sahibi və operatoru olan "Mero" şirkətinə istinadən məlumat yayıb.
Artıq Çexiya neft emalı zavodları tam həcmdə neftlə təmin olunur.
Agentliyin məlumatına görə, bu növ enerji xammalının kifayət qədər miqdarı milli neft anbarlarından gəlir.