Bakı. Trend:
Monteneqronun Tsetine şəhərində silahlı insident baş verib.
Trend xəbər verir ki, silahlı şəxs insanlara atəş açıb, nəticədə 11 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları gələndən sonra silahlı şəxs onlara da atəş açmağa başlayıb. Polislərin cavab atəşi nəticəsində silahlı məhv edilib. Bir polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, silahlı insidentə səbəb ailə münaqişəsi olub.