Bakı. Trend:
Çilidə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Rankaqua şəhərindən 23 kilometr cənub-şərqdə, ocağı isə 100 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.