Bakı. Trend:
Ermənistanın Masis şəhərinin bələdiyyə binasına daxil olan silahlı şəxs intihar edib.
Trend xəbər verir ki, bu barədə erməni KİV-ləri polis əməkdaşlarına istinadən məlumat yayıblar.
Məlumata əsasən, bələdiyyə binasına daxil olan polis əməkdaşları baş nahiyəsində güllə yarasının izləri olan bir kişi meyiti aşkar ediblər.
XXX
23:19
Ermənistanın Masis şəhərinin bələdiyyə binasına qumbara və odlu silahla silahlanmış şəxs daxil olub.
Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, ərazidən atışma səsləri gəlir.
Bələdiyyə binası mühasirəyə alınıb, yollar bağlanıb.
Polis hələlik hadisəni şərh etməyib.