Bakı. Trend:
Türkiyədə yerli "Siper" uzaq mənzilli hava hücumundan müdafiə sisteminin (HHM) sınaqları davam edir.
Trend xəbər verir ki, “Siper” sisteminin uğurlu sınaqları barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir açıqlama verib.
"Son sınaqlarda SİPER sistemi 100 km məsafədə yüksək sürətlə hərəkət edən obyekti məhv etmək qabiliyyətini nümayiş etdirib. Bu layihədə əməyi olan hər kəsi təbrik edirəm", - deyə İ.Demir bildirib.
"Siper" hava hücumundan müdafiə sistemindən raketlərin buraxılışı Türkiyənin iki aparıcı müdafiə şirkəti - ASELSAN və ROKETSAN-ın mütəxəssislərinin iştirakı ilə Sinop poliqonundan həyata keçirilib.