...

Naməlum şəxslər Çili prezidentinin qardaşını döyüblər

Dünya xəbərləri Materials 2 Sentyabr 2022 07:04 (UTC +04:00)
Naməlum şəxslər Çili prezidentinin qardaşını döyüblər

Bakı. Trend:

Bir qrup naməlum şəxs Çili prezidenti Qabriel Boriçin qardaşı Simon Boriçə hücum edib.

Trend xəbər verir ki, bu barədə Çili Universiteti və "BioBioChile" radiosu məlumat yayıb.

Məlumata əsasən, insident sentyabrın 1-i günorta vaxtı baş verib. Bir qrup naməlum şəxs Simon Boriçi, həmçinin Fransiska Palma, Xorxe Baes və Raul Roanı döyüb və xəsarətlər yetiriblər.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

İnsidentlə əlaqədar 3 nəfər polislər tərəfindən saxlanılıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti