Bakı. Trend:
Əfqanıstanın Bədəxşan vilayətində baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "Tolo News" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hadisə vilayətin inzibati mərkəzi olan Feyzabad şəhərində baş verib. Partlayışın səbəbi barədə məlumat verilməyib.