...

Çin və Şimali Koreya dəmir yolu ilə yük daşımalarını bərpa edir

Dünya xəbərləri Materials 26 Sentyabr 2022 06:37 (UTC +04:00)
Çin və Şimali Koreya dəmir yolu ilə yük daşımalarını bərpa edir

Bakı. Trend:

Çinin Liaoninq əyalətinin Dandonq şəhəri ilə KXDR-in Sinuiju şəhəri arasında dəmir yolu ilə yük daşımaları koronavirusun səbəb olduğu nəqliyyatın dayandırılmasından təxminən beş ay sonra bərpa edilib.

Trend xəbər verir ki, bu barədə bazar ertəsi Yonhap agentliyi məlumat yayıb.

Agentlik Çindən yük vaqonları olan qatarın Çin-Koreya Dostluq Körpüsü ilə KXDR-ə getdiyini qeydə alıb.

Xəbər lenti

Xəbər lenti