...

Türkiyə xüsusi xidmət orqanları xüsusilə təhlükəli terrorçunu məhv edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 06:31 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında Ayn İsa bölgəsində YPG terrorçularının (PKK-nın Suriya qanadı) liderlərindən biri Mehmet Akyolu məhv edib.

Trend xəbər verir ki, terrorçu Mehmet Akyol Türkiyədə terror aktlarında iştirak etdiyinə görə Türkiyə tərəfindən beynəlxalq axtarışda olub.

Mehmet Akyol PKK-ya qoşulmazdan əvvəl İraqın şimalında terrorçuların liderlərindən biri Cəmil Bayıkın iştirakı ilə “siyasi və ideoloji təlim” keçib.

O, PKK-nın Türkiyə Silahlı Qüvvələrinin bölgədəki hərbi əməliyyatlarının qarşısını almaq məqsədi daşıyan aksiyalarında da fəal iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti