...

İsveç Türkiyəyə silah embarqosunu aradan qaldırıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2022 15:58 (UTC +04:00)
İsveç Türkiyəyə silah embarqosunu aradan qaldırıb

Trend-i buradan izləyin

Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveç Türkiyəyə tətbiq etdiyi silah ixracı embarqosunu aradan qaldırıb.

Trend-in məlumatına görə, bu barədə İsveçin Strateji Məhsullar Müfəttişliyinin qərarında deyilir.

Qeyd olunur ki, qərara əsasən, Türkiyəyə silah və hərbi avadanlıqlar, o cümlədən, elektron və texnoloji qurğular ixrac edilə bilər.

Bundan başqa, o da vurğulanır ki, embarqonun aradan qaldırılması qərarı İsveçin NATO-ya üzvlüyü ilə əlaqədardır.

İsveç 2019-cu ildə Türkiyəyə silah embarqosu tətbiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti