Bakı. Trend:
İrlandiyanın Doneqal şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb.
Trend-in məlumatına görə, daha 8 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, partlayış nəticəsində məntəqənin yaxınlığındakı yaşayış binasının bir hissəsi çöküb. Xilasedicilər dağıntılar altında axtarış işlərini davam etdirir. Ölü sayının artacağı istisna olunmur.
Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında baş verib.