Bakı. Trend:
Şimali Koreya son sınaqlar zamanı, ehtimala görə, bir neçə ballistik raket buraxıb.
Trend-in məlumatına görə, bu barədə Yaponiyanın Sahil Mühafizəsi bildirib.
Məlumata əsasən, raketlər Yaponiya dənizi istiqamətində buraxılıb.
Bildirilib ki, raket artıq düşüb, lakin düşdüyü yer haqqında daha dəqiq rəsmi məlumat hazırda verilməyib.