...

Bayden Trassın istefasından sonra da Londonla sıx əməkdaşlığı davam etdirəcəyinə söz verib

Dünya xəbərləri Materials 20 Oktyabr 2022 21:31 (UTC +04:00)
Bayden Trassın istefasından sonra da Londonla sıx əməkdaşlığı davam etdirəcəyinə söz verib

Bakı. Trend:

Vaşinqton Böyük Britaniyanın baş naziri Liz Trassın istefasından sonra da London ilə sıx əməkdaşlığı davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Prezidenti Co Bayden özünün "Twitter" səhifəsində yazıb.

"Baş nazir Liz Trassa əməkdaşlığına görə təşəkkür edirəm. Ölkələrimizin üzləşdiyi qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə işlədiyimizə görə Böyük Britaniya hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyik", - deyə C.Bayden bildirib.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Liz Trass öz vəzifəsindən istefa verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti