...

Britaniyalı deputat tele-şouda iştirakına görə parlamentdən kənarlaşdırılıb

Dünya xəbərləri Materials 1 Noyabr 2022 17:20 (UTC +04:00)
Britaniyalı deputat tele-şouda iştirakına görə parlamentdən kənarlaşdırılıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın sabiq səhiyyə naziri, Mühafizəkarlar partiyasından deputat Mett Henkok televiziya şousunda iştirak etdiyinə görə parlament fəaliyyətindən kənarlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün BBC telekanalı bildirib.

Qeyd olunub ki, M.Henkok ölkədə populyar olan "Mən məşhuram" realiti-şousuna qatılıb. Bu addım hakim partiya daxilində narazılıqla qarşılanıb və M.Henkokun deputatlıq fəaliyyətinə son verilib.

Xatırladaq ki, Boris Conson hökumətində səhiyyə naziri olmuş Mett Henkok 2021-ci ilin əvvəlində pandmeiya dövründə karantin tələblərini pozduğu üçün istefa vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti