...

ABŞ-da aviaşou zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 13 Noyabr 2022 23:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Dallas şəhərində aviaşou zamanı İkinci Dünya Müharibəsi dövrünün iki təyyarəsinin havada toqquşması nəticəsində altı nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Təyyarənin hər birində neçə nəfərin olduğu barədə rəsmi məlumat verilməyib. Bildirilib ki, aviaşounu təşkil edən şirkətin rəhbəri Henk Koats bildirib ki, "Boeing B-17 Flying Fortress" təyyarəsini adətən dörd-beş nəfərdən ibarət ekipaj təşkil edir, "Bell P-63 Kingcobra"da isə yalnız bir pilot olur.

Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti