Bakı. Trend:
İranın İsfahan vilayətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində ən azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.
Trend-in məlumatına görə, bu barədə İranın "Fars" agentliyi xəbər verib.
Məlumata əsasən, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Agentlik hadisəni terror aktı adlandırıb.