...

ABŞ-da göyərtəsində 53 it olan təyyarə qəzaya uğrayıb

Dünya xəbərləri Materials 19 Noyabr 2022 05:12 (UTC +04:00)

Bakı. Trend:

53 iti sığınacağa aparan təyyarə ABŞ-ın Viskonsin ştatında qolf meydançasında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə cümə günü "The Washington Post" qəzeti məlumat yayıb.

Qolf klubunun baş menecerinin sözlərinə görə, səhər saat 9 radələrində klubun bir neçə əməkdaşı təyyarənin ağacların arasından necə uçduğunun və qolf meydançasına sərt eniş etdiyini görüblər.

Qəzetin məlumatına görə, bütün itlər və ekipaj üzvləri sağ qalıb, lakin onlardan bəziləri yüngül xəsarətlər alıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti