...

Peruda alışan təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var

Dünya xəbərləri Materials 19 Noyabr 2022 06:32 (UTC +04:00)

Bakı. Trend:

Perunun paytaxtı Lima şəhərinin beynəlxalq hava limanında "Latam" aviaşirkətinin alışan sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşub.

Trend xəbər verir ki, bu barədə cümə günü "RPP" radiostansiyası məlumat yayıb.

Təyyarə uçuş-enmə zolağında sürətlənərkən alışıb, bundan sonra isə yanğınsöndürən maşınlardan biri ilə toqquşub. Hadisə nəticəsində yanğınsöndürən maşında olan iki nəfər həlak olub.

Qeyd edilir ki, təyyarənin sərnişinləri və heyət üzvlərinin təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda respublikanın hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti