...

Aİ-nin 2021-ci ildəki hərbi xərcləri açıqlandı

Dünya xəbərləri Materials 8 Dekabr 2022 15:33 (UTC +04:00)
Aİ-nin 2021-ci ildəki hərbi xərcləri açıqlandı

Bakı. Trend:

2021-ci ildə Avropa İttifaqına üzv ölkələrin hərbi xərcləri 6% artaraq 214 milyard avro təşkil edib.

Trend xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel deyib.

O bildirib ki, 2025-ci ilə qədər Aİ ölkələri müdafiə sektoruna investisiyaları 70 milyard avro artırmaq niyyətindədir.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri Urmas Reynsalu bildirmişdi ki, Ukrayna münaqişəsi səbəbindən Avropa ölkələri müdafiə xərclərini iki dəfə artırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti