...

Tvitter kölgə qadağasının mövcudluğunu göstərəcək yeniləmə üzərində işləyir - Mask

Dünya xəbərləri Materials 9 Dekabr 2022 11:33 (UTC +04:00)
Tvitter kölgə qadağasının mövcudluğunu göstərəcək yeniləmə üzərində işləyir - Mask

Bakı. Trend:

Tvitter sosial şəbəkəsinin istifadəçiləri kölgə qadağasına məruz qalıb-qalmadıqlarını öyrənə biləcəklər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə resursun sahibi olan İlon Mask bildirib.

Mask sosial şəbəkə ətrafında yaranan qalmaqala cavab olaraq Tvitterdə bütün senzura və mühüm məlumatların gizlədilməsi hallarının səbəbini ictimaiyyətə açıqlayacağını deyib.

"Tvitter sizin hesabınızın əsl statusunu göstərəcək proqram təminatı yeniləməsi üzərində işləyir ki, bununla sizə qarşı kölgə qadağasının olub-olmadığını biləcəksiniz. Həmçinin, onun səbəbini və necə ləğv etməyi aydın şəkildə öyrənə biləcəksiniz", - deyə Mask qeyd edib.

Kölgə qadağası istifadəçi hesabının tam funksionallığının saxlanmasını nəzərdə tutur. Məsələn, o, sosial şəbəkənin digər üzvlərinin paylaşımlarını görməyə, post və şərhlər yazmağa, video və fotolar yerləşdirməyə imkan verir. Lakin qadağan olunmuş səhifədən göndərilən mesajlar digər istifadəçilər tərəfindən görünmür və axtarış zamanı üzə çıxmır. Çox vaxt kölgə qadağasına məruz qalan şəxs hesabını başqa istifadəçi hesabı və ya icazə verilməyən cihaz vasitəsilə yoxlayana qədər öz statusunu tanıya bilmir.

Keçən həftə müstəqil jurnalist Mett Taibi Tvitteri ittiham edərək bildirmişdi ki, resurs mütəmadi olaraq ABŞ hökumətinin (əsasən Demokratlar) sosial şəbəkəni senzuraya salmaq göstərişlərinə əməl edir.

Məsələn, Hanter-Bayden qalmaqalı ilə bağlı şirkət rəhbərləri qərara gəldilər ki, hadisə ilə əlaqədar bütün materiallar hakerlər vasitəsilə ilə əldə edilmiş məlumatların dərcini məhdudlaşdıran siyasətə tabe olacaq. Jurnalist iddia edir ki, bu qalmaqalla bağlı məlumatların yayılmasını məhdudlaşdırmaq üçün Tvitter rəhbərliyi ən sərt tədbirlərdən istifadə edib. Şirkət nəinki bu iş üzrə məlumatların yayılması imkanını məhdudlaşdırıb, həm də bununla bağlı nəşrlərin linklərini "təhlükəli" kimi göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti