...

Tvitter istifadə olunmayan 1,5 milyard hesabı siləcək

Dünya xəbərləri Materials 9 Dekabr 2022 13:21 (UTC +04:00)
Tvitter istifadə olunmayan 1,5 milyard hesabı siləcək

Bakı. Trend:

İstifadə olunmayan bir milyard yarım Tvitter hesabı tezliklə silinəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.

"Tvitter tezliklə 1,5 milyard hesabı silməyə başlayacaq. Aydındır ki, tvit yazılmayan və illərdir daxil olunmayan hesablar silinəcək”, - deyə İ.Mask qeyd edib.

Qeyd edək ki, İ.Mask oktyabrın 27-də Tvitteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Qısa müddət sonra o, hesabların bloklanması siyasətində dəyişiklik etdiyini açıqlayıb. Eyni zamanda spam hesablarla mübarizə elan olunub. Həmçinin, sosial şəbəkədə əvvəllər fəaliyyəti dayandırılmış bir sıra hesablar blokdan çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti