...

Yaponiya Rusiya ilə sərhəddə raket yerləşdirməyi nəzərdən keçirir

Dünya xəbərləri Materials 10 Dekabr 2022 13:43 (UTC +04:00)
Yaponiya Rusiya ilə sərhəddə raket yerləşdirməyi nəzərdən keçirir

Bakı. Trend:

Yaponiyanın Müdafiə Nazirliyi Saxalin və Kuril adaları ilə həmsərhəd olan Kyuşu və Hokkaydo adalarında hipersəs raketlərinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə NHK telekanalı hökumət nümayəndələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Yaponiya bu məqsədlə 2026-cı ilə qədər quru özünümüdafiə qüvvələrinin tərkibində iki yeni bölmə yaratmaq niyyətindədir. Onlar hipersəs başlıqları ilə ballistik raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğuları idarə etməli olacaqlar.

Qeyd edək ki, Yaponiyada ucqar adaları qorumaq üçün 2018-ci ildən bu cür hipersəs silahlarının hazırlanması davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti