...

ABŞ-da dövlət qulluqçularına TikTokdan istifadə qadağan ediləcək

Dünya xəbərləri Materials 20 Dekabr 2022 11:57 (UTC +04:00)
ABŞ-da dövlət qulluqçularına TikTokdan istifadə qadağan ediləcək

Bakı. trend:

ABŞ qanunvericiləri gələn ildən TikTok tətbiqinin dövlət işçilərinin iş cihazlarında istifadəsini qadağan etmək istəyirlər.

Trend TASS-a istinadən xəbər verir ki, bununla bağlı müddəanın 2023-cü il ABŞ Hökumətinin Maliyyələşdirmə Qanunu layihəsinə salınması planlaşdırılır.

Məlumata görə, qadağa bu həftə səsə qoyulacaq qanun layihəsinə daxil ediləcək. Tədbirlər yalnız ABŞ federal idarələrinin əməkdaşlarına şamil olunacaq və sosial şəbəkədən istifadə edən 100 milyona yaxın amerikalıya təsir etməyəcək.

Bildirilir ki, ABŞ-ın bir çox federal orqanları, o cümlədən Ağ Ev, Pentaqon, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti artıq TikTok-un dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Hazırda ABŞ-ın 50 ştatından 19-da yerli hökumət işçi kompüterlərin bu sosial şəbəkəyə girişini ən azı qismən bloklayıb.

Cümə günü ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, ABŞ kəşfiyyatı TikTok-un ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Onun fikrincə, Çin hökuməti TikTok-un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək imkanına malikdir. Börnsə görə, bu, narahatlıq üçün əsasdır.

Ötən çərşənbə günü ABŞ senatorları TikTok-un ABŞ federal hökumət qurumlarına məxsus elektron iş cihazlarında istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyiblər. Senat tərəfindən yekdilliklə qəbul edilən qanun layihəsi Prezident Co Bayden tərəfindən imzalanmazdan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında nəzərdən keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti