Bakı. Trend:
Müflis olmuş kriptovalyuta birjası olan FTX-nin qurucusu və keçmiş baş direktoru Sam Benkman-Frid ekstradisiya tələbi ilə ABŞ-a gətirilib.
Trend xəbər verir ki, bu barədə "Fox Business" telekanalı məlumat yayıb.
Benkmen-Frid dekabrın 21-də Baham adalarından Nyu-Yorka göndərilib. İş adamı özü ada dövlətinin səlahiyyətliləri tərəfindən saxlanıldıqdan sonra ABŞ-a ekstradisiyaya razılıq verib.
Benkman-Frid maliyyə fırıldaqçılığında ittiham olunur. O bu ittihamlarla razılaşmır.
Qeyd edək ki, kriptovalyuta birjası FTX noyabrın 11-də müflis olduğunu elan edib. Eyni zamanda Benkman-Frid baş direktor vəzifəsindən istefa verib.