Bakı. Trend:
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.
Trend xəbər verir ki, bu barədə ABŞ Administrasiyasındakı mənbələrə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Məlumata əsasən, yardım paketində “Bradley” piyada döyüş maşınları da yer alacaqlar. Yardım paketinin ümumi dəyəri 3 milyard dollar təşkil edəcək.
ABŞ, eyni zamanda, Ukrayna silahlı qüvvələrinə “Bradley” piyada döyüş maşınlarından istifadə etmək və onu saxlamaq üçün təlimlər keçəcək.