...

WSJ: ABŞ administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışı üçün Konqresdən icazə istəyəcək

Dünya xəbərləri Materials 13 Yanvar 2023 22:31 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə cümə günü ABŞ administrasiyasındakı mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata əsasən, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə xidmətdə olan bu tip 79 təyyarənin modernləşdirilməsi üçün dəstlərin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 "hava-hava" raketi və 800 aviabomba satmaq niyyətindədir.

Qəzet qeyd edir ki, silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-a planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti