Bakı. Trend:
Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarı Andreas Norleni Stokholmda terror təşkilatı YPG-nin (PKK-nın Suriya qanadı) Türkiyəyə qarşı törətdiyi təxribatda iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün konkret addımlar atmağa çağırıb.
Trend xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) mətbuat xidmətinin iki ölkənin qanunverici orqanlarının rəhbərləri arasında telefon danışığından sonra açıqlamasında deyilir.
Qeyd edilir ki, sözügedən təxribatla bağlı Andreas Norlenin yanvarın 17-də Türkiyəyə planlaşdırılan səfəri ləğv edilib.