...

Yeni Zelandiyada daşqınlar nəticəsində 3 nəfər ölüb

Dünya xəbərləri Materials 28 Yanvar 2023 08:46 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyanın Oklend şəhərində leysan yağışları və daşqınlar nəticəsində azı 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Radio New Zealand" radiostansiyası bildirib.

Oklenddə daşqın nəticəsində üç nəfərin cəsədi polis tərəfindən şənbə günü günorta saatlarında tapılıb, daha bir nəfər itkin düşüb.

Cümə günü ölkənin ən böyük şəhərində başlayan daşqınlar səbəbindən ölkə hakimiyyəti şəhər və ətraf rayonlarda fövqəladə vəziyyət elan edib.

Xəbər lenti

Xəbər lenti