...

Aİ turistlər üçün rəqəmsal Şengen vizalarını tətbiq etməyi planlaşdırır

Dünya xəbərləri Materials 3 Fevral 2023 02:45 (UTC +04:00)
Aİ turistlər üçün rəqəmsal Şengen vizalarını tətbiq etməyi planlaşdırır

Bakı. Trend:

Avropa İttifaqı Şengen vizalarının alınması prosesini sadələşdirməyi planlaşdırır.

Trend "Schengen Visa Info" portalına istinadən xəbər verir ki, 2026-cı ilə qədər turistlər üçün sənədlərin təqdim edilməsi üzrə rəqəmsal formatın tətbiq edilməsi planlaşdırılır.

Yanvarın 31-də Aİ Parlamenti xarici vətəndaşların Şengen üçün müraciət prosedurunun modernləşdirilməsi təklifini təsdiqləyib. Aİ-yə səyahət edən turistlər bütün viza sənədləri üçün onlayn müraciət edə biləcəklər. Bundan əlavə, müraciətlər vahid onlayn platformada həyata keçiriləcək. Eyni zamanda, pasportlardakı stikerlərin rəqəmsal məlumatlarla əvəzlənməsi də nəzərdə tutulur.

Aİ Parlamenti hesab edir ki, prosedurun rəqəmsallaşdırılması nəinki prosesi sürətləndirəcək və turistlərin müraciət etməsi üçün tələb olunan səyləri azaldacaq, həm də Aİ daxilində təcrübənin vahidliyini təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti