...

Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi

Dünya xəbərləri Materials 8 Fevral 2023 16:50 (UTC +04:00)
Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi

Bakı. Trend:

Ermənistanda Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verilib.

Trend erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti qərar verib.

Bununla bağlı qərar sadəcə “Vətəndaş Müqavilə”si fraksiyasının iştirak etdiyi qapalı səsvermədə verilib. Müxalif “Ermənistan” bloku səsverməni boykot edib.

Qeyd edək ki, Baş prokurorluq parlamentə “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyanın müdafiə naziri olduğu illərdə yol verdiyi mənimsəmə faktları ilə əlaqədar cinayət işi ilə bağlı müraciət etmişdi.

Seyran Ohanyan Xocalı soyqırımının törədilməsində iştirak edən şəxslərdən biridir. O, keçmiş Ermənistan prezidenti Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində, Sarkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-ci ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti