Bakı. Trend:
Türkiyənin Hatay əyalətində baş verən yeni zəlzələlər nəticəsində bir qadın həlak olub.
Trend xəbər Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkəni daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, dağıntılar altında 4 nəfər qalıb.
"Onlardan biri artıq xilas edilib, digər üçünün xilas edilməsi ilə bağlı işlər davam etdirilir", - deyə nazir bildirib.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.