...

Bolqarıstanın cənubunda temperatur rekordu qeydə alınıb

Dünya xəbərləri Materials 22 Fevral 2023 23:16 (UTC +04:00)

Bakı. Trend:

Bolqarıstanlı meteoroloqlar ölkənin cənubundakı Haskovo şəhərində mütləq temperatur rekordu qeydə alıblar.

Trend-in məlumatına görə, bu barədə "Darik Radio" xəbər verib.

Məlumata əsasən, çərşənbə günü burada 21,5 dərəcə isti olub ki, bu da 1977-ci ildə qeydə alınan əvvəlki rekorddan 2,1 dərəcə yüksəkdir.

Bu həftə demək olar ki, bütün ölkə ərazisində fevral ayı üçün xas olmayan yüksək temperatur müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti