...

Tacikistanda yenidən zəlzələ olub

Dünya xəbərləri Materials 23 Fevral 2023 16:14 (UTC +04:00)
Tacikistanda yenidən zəlzələ olub

Bakı. Trend:

Tacikistanın Sarez gölü bölgəsində gündüz saatlarında 5 bal gücündə yeni yeraltı təkanlar qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Tacikistanın Fövqəladə Hallar Komitəsinin (FHK) mətbuat xidməti xəbər verib.

"Yerli vaxtla saat 13:01-də Tacikistan Respublikası ərazisində yenidən zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Düşənbə şəhərindən 380 km cənub-şərqdə, Murqaba qəsəbəsindən 86 km qərbdə və Sarez gölündən 45 km şərqdə yerləşir. Episentrdə təkanların gücü 5 bal, Xoroq şəhərində isə 4 bal olub", - məlumatda deyilir.

Komitənin məlumatına görə, qurbanlar və dağıntılar haqda məlumat qeydə alınmayıb.

Xatırladaq ki, 6,8 maqnitudalı zəlzələ bu gün saat 05:37-də Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vənc rayonu ərazisində baş verib. Zəlzələ ocağı 20 km dərinlikdə Murqaba qəsəbəsindən 66 km cənub-qərbdə yerləşib. Zəlzələdən sonra 4,6-5 bal gücündə afterşoklar qeydə alınıb.

Gölün özü 1911-ci ildə Pamir dağlarının Tacikistan hissəsində dağıdıcı zəlzələ nəticəsində formalaşıb. O zaman episentrdə olan on minlərlə insan təbii fəlakətin qurbanına çevrilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti