...

Tehranda yaşayış binasında partlayış olub, ölənlər var

Dünya xəbərləri Materials 5 Mart 2023 15:37 (UTC +04:00)
Tehranda yaşayış binasında partlayış olub, ölənlər var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında İran paytaxtı Tehran şəhərinin Enqelab prospektində üçmərtəbəli binada partlayışın baş verməsi nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məliki deyib.

C.Məlikinin sözlərinə görə, partlayış nəticəsində üç kişi və bir qadın ölüb. Binada axtarış əməliyyatları davam etdirilir.

Məliki əlavə edib ki, indiyədək binadan müxtəlif yanıq xəsarətləri ilə beş qadın çıxarılıb.

Təşkilat rəsmisi bildirib ki, partlayışa səbəb partlayıcı maddələrin saxlanması olub. Bəzi şəxslər Axır Çərşənbə ilə əlaqədar kustar üsulla pirotexniki vasitələr hazırlayırlar. Bu isə partlayışların baş verməsi ilə nəticələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti