...

BVF Moldovanın digər Avropa ölkələrindən daha tez böhrandan çıxacağına ümid edir

Dünya xəbərləri Materials 11 Mart 2023 19:54 (UTC +04:00)
BVF Moldovanın digər Avropa ölkələrindən daha tez böhrandan çıxacağına ümid edir

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) ümid edir ki, Moldova iqtisadi böhrandan digər Avropa ölkələrinə nisbətən daha tez çıxacaq, çünki inflyasiya ilə onlardan daha tez üzləşib.

Trend xəbər verir ki, bunu şənbə günü BVF-nin Avropa Departamentinin direktoru Alfred Krammer ölkə rəhbərliyi ilə görüşlərindən sonra "RliveTV" internet telekanalının efirində deyib.

"Biz Avropada iqtisadi artımın əhəmiyyətli dərəcədə yavaşladığını görürük. Moldova gələn il bu böhrandan bəlkə də Avropanın qalan hissəsindən bir qədər tez çıxacaq, çünki respublika digər Avropa ölkələrinə nisbətən inflyasiya ilə tez üzləşib. Ölkənizdə baza inflyasiyanın azalmağa başladığını müşahidə edirik", - deyə A.Krammer bildirib.

Onun fikrincə, bu ona görə baş verib ki, Moldova Milli Bankı inflyasiyanın qarşısını almaq üçün lazımi tədbirləri Avropanın mərkəzi banklarından daha tez görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti