...

Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir - Ağ Ev

Dünya xəbərləri Materials 22 Mart 2023 02:21 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir və Çinin onun sədri Si Cinpinin Rusiyaya səfəri bu mövqeyi dəyişməyib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Prezident (Co Bayden - red.) Çinlə əlaqə kanallarının açıq qalmasını istəyir. Bununla bağlı heç nə dəyişməyib", - deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Çin lideri ilə söhbəti "lazım olan vaxt" davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti