...

İranda zəlzələ baş verib

Dünya xəbərləri Materials 26 Mart 2023 01:29 (UTC +04:00)
İranda zəlzələ baş verib

Bakı. Trend:

İranın qərbində, İraqla sərhəddə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri təxminən 46 min nəfər əhalisi olan Dehloran şəhərindən 47 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti