...

Türkmənistanda parlament seçkilərində səsvermə başlayıb

Dünya xəbərləri Materials 26 Mart 2023 06:36 (UTC +04:00)
Türkmənistanda parlament seçkilərində səsvermə başlayıb

Bakı. Trend:

Bazar günü Türkmənistanda 7-ci çağırış Milli Məclisin (parlament) deputatlarının, həmçinin vilayət, rayon, şəhər xalq şuraları və yerli özünüidarə orqanlarının üzvlərinin seçkiləri başlayıb.

Trend xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-də ölkə üzrə 2602 seçki məntəqəsi açılıb.

Səsvermə saat 19:00-a kimi davam edəcək. O, başa çatdıqdan sonra seçki komissiyalarının üzvləri səslərin hesablanmasına başlayacaqlar. Türkmənistanda Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiya (MSK) ənənəvi olaraq ilkin nəticələri səsvermənin ertəsi, yekun nəticələri isə seçkilərdən ən geci yeddi gün sonra elan edəcək.

Ümumilikdə ölkə vətəndaşları Məclisə 125 deputat seçməli olacaqlar. Qeydə alınmış namizədlərin sayı 258 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti