...

İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək - Netanyahu

Dünya xəbərləri Materials 7 Aprel 2023 03:25 (UTC +04:00)
İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək - Netanyahu

Bakı. Trend:

İsrail düşmənlərə sərt cavab verməyə davam edəcək.

Trend xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu Livandan İsrailin şimalına raket hücumundan sonra ölkənin nazirlərinin iştirakı ilə keçirilən hərbi-siyasi kabinetin iclasından sonra deyib.

"İsrailin - bu gecə və gələcəkdə - (düşmənlərə - red.) ağır bədəl ödədəcək", - deyə B.Netanyahu bildirib.

Xatlrkadaq ki, daha əvvəl İsrail Müdafiə Ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-inin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti