...

Türkiyədə Ailə və Gənclik Bankı yaradılacaq

Dünya xəbərləri Materials 11 Aprel 2023 17:12 (UTC +04:00)
Türkiyədə Ailə və Gənclik Bankı yaradılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Gənclərimizi ailə həyatı qurmağa həvəsləndirmək üçün təhsildən tutmuş işə, evlilikdən uşaq baxımına qədər hər sahədə onlara maddi yardım ediləcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Seçki Bəyannaməsi və Millət vəkili Namizədi Təqdimat mərasimində çıxışında deyib.

"Bu məqsədlərə nail olmaq üçün biz Ailə və Gənclər Bankını yaradacağıq. Bu bank ölkəmizin hasil etdiyi təbii qaz və neft gəlirləri hesabına təmin ediləcək. Həmçinin ali təhsil alan gənclərimizi mobil telefon və kompüter əldə etmək üçün bir dəfəyə məxsus vergidən azad edib, ayda 10 giqabayt pulsuz internet təqdim edəcəyik", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti