...

Çilidə təyyarə qəzası baş verib, 4 nəfər həlak olub

Dünya xəbərləri Materials 24 Aprel 2023 08:50 (UTC +04:00)
Çilidə təyyarə qəzası baş verib, 4 nəfər həlak olub

Bakı. Trend:

Çilinin Moça adasında kiçik təyyarənin okeana düşməsi nəticəsində 4 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə ölkənin mülki aviasiya idarəsi məlumat yayıb. Məlumata görə, dörd sərnişin və bir pilotun olduğu təyyarə əlverişli hava şəraitində havaya qalxdıqdan sonra adadan 150 metr aralıda suya düşüb.

Qeyd olunub ki, sağ qalan sərnişin üzərək sahilə gəlib və onu sahildəki insanlar görüblər. Həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti