Bakı. Trend:
Rusiya Zəngəzurda konsulluq açacaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov bildirib.
Onun sözlərinə görə, mayın 25-də Moskvada keçirilən Paşinyan-Putin ikitərəfli görüşündə Ermənistan tərəfi Rusiya tərəfinin Sünik vilayətində konsulluğunun açılmasına razılıq verib.
Rusiyalı diplomatın onu da qeyd edib ki, konsulluğun yaradılması prosesində ən azı bir il tələb olunacaq uzun dövlət prosedurları olmadan, sadələşdirilmiş yolla getmək qərara alınıb.