...

Belarus prezidenti "Vaqner"-in rəhbərinin gəlişini təsdiqləyib

Dünya xəbərləri Materials 27 İyun 2023 18:29 (UTC +04:00)

Bakı. Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbərinin ölkədə olduğunu təsdiqləyib.

Trend-in məlumatına görə, A.Lukaşenko iyunun 24-də "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojinlə aparılmış danışıqların təfərrüatlarından danışıb.

Belarus prezidenti deyib ki, o, Rusiya prezidenti Vladimir Putinin dediyi təhlükəsizlik zəmanətlərini verib. O qeyd edib ki, Priqojin artıq Belarusa təyyarə ilə gəlib və Belarusun "Vaqner"in üzvlərinə yardım və dəstək göstərəcəyini, o cümlədən yaşayış və digər xidmətlər göstərəcəyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti