...

Özbəkistanda prezident seçkilərində seçki məntəqələri açılıb

Dünya xəbərləri Materials 9 İyul 2023 07:05 (UTC +04:00)
Özbəkistanda prezident seçkilərində seçki məntəqələri açılıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistanda prezident seçkilərində seçki məntəqələri açılıb.

Trend xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.

Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.

Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti