...

Hindistanda torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb

Dünya xəbərləri Materials 10 İyul 2023 00:21 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın şimal bölgələrində leysan yağışlarının səbəb olduğu torpaq sürüşmələrində ən azı 15 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, güclü yağış nəticəsində parkları, yeraltı keçidləri, bazarları və xəstəxana binalarını su basıb, nəqliyyatın hərəkətində problemlər yaranıb.

Ölkənin Meteorologiya Xidmətindən verilən açıqlamaya görə, Yeni Dehlidə 24 saat ərzində hər kvadratmetrə düşən yağıntı 1982-ci ildən bəri bir gündə qeydə alınan ən yüksək göstəricidir. Bu səbəbdən də, Yeni Dehli sakinləri üçün "sarı xəbərdarlıq" elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti