...

Türkiyədə hər 20 saniyədən 1 kiberhücum həyata keçirilir

Dünya xəbərləri Materials 22 İyul 2023 11:45 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə ilin birinci yarısında 684 min 296 kiberhücum həyata keçirilib.

Trend-in məlumatına görə, hakerlər xüsusilə son vaxtlar şəbəkə sistemlərinə hücum edirlər. Araşdırmalar göstərir ki, Türkiyədə kiberhücumların sayı heç vaxt olmadığı qədər çoxdur.

Kibertəhlükəsizlik şirkəti “WatchGuard” tərəfindən aparılan araşdırmaya görə, ilin ilk ayında ölkədə hər 20 saniyədən bir kiberhücum həyata keçirilib. İnternetə çıxışı olan hər kəs çox yaxşı qorunmalıdır.

“WatchGuard” tərəfindən aparılan araşdırmaya görə, ilin birinci yarısında 684 min 296 kiberhücum həyata keçirilib. Bu hücumlarda daha çox “Gen:Variant.Lazy” və “Adware.Generic” növlərinə üstünlük verildiyini izah edən “WatchGuard” Türkiyə və Yunanıstan ölkə müdürü Yusuf Evmez, hücumların 6%-nin sıfır gün hücumları olduğunu ifadə edib. Y.Evmezin sözlərinə görə, sıfır gün hücumları üçün daha əvvəl rast gəlinməyən ənənəvi üsullar yerinə kompleks və güclü təhlükəsizlik tədbirləri görülməlidir.

“WatchGuard”ın araşdırmasına görə, hakerlər əvvəlkindən daha çox şirkətlərin məlumat saxladığı şəbəkə sistemləri ilə maraqlanmağa başlayıblar. İş o yerə çatıb ki, ilin birinci yarısında şəbəkələrə qarşı 7297 kiberhücum həyata keçirilib. Keçən il də eyni rəqəmin 4551 olduğunu deyən Y.Evmez "WEB Directory Traversal" hücum növünün xüsusilə geniş yayıldığını deyir. Zəifliyə əsaslanan bir texnika olan “WEB Directory Traversal” hücumları məlumatların təsadüfi oxunmasına imkan verdiyi üçün kritik əhəmiyyət kəsb edir.

“WatchGuard” Türkiyə və Yunanıstan satış mühəndisi Alper Onarangilin açıqlamalarına görə, şəbəkələrə edilən hücumlar nəticəsində məlumatların “Dark Web” üzərindən yayılmasının əsas səbəbi həm şirkətlər, həm də fərdi istifadəçilər üçün sadə şifrələrdir. Güclü şifrələrin kiber hücumlardan qorunmaq üçün ilk addım olduğunu deyən A.Onarangil, çox faktorlu autentifikasiya üsulları ilə riskin daha da azaldıla biləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti