Bakı.Trend:
Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Belarusda olan üzvləri kütləvi şəkildə Rusiyaya qayıdır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, özəl hərbi şirkətin hər ikinci briqadası məzuniyyətə buraxılıb.
Düşərgədə yalnız ən təcrübəli muzdlular qalıblar və onlar Belarus poliqonlarında hərbi təlim keçəcəklər. Daha sonra isə Afrika və Suriyaya yollanacaqlar.
Məlumatda bildirilir ki, Belarusda qalan muzdlular da çox yaxşı şəraitdə yaşayır.