Bakı. Trend:
“Vaqner” qrupu NATO-nun şərq cinahının sabitliyini pozmaq məqsədilə onun yaxınlığına gedir.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski bildirib.
Qeyd edək ki “Vaqner”in Belarus milli ordusu ilə təlimlərə başlaması səbəbi ilə Polşa 1000-dən çox hərbçisini Belarusla sərhədinə yerləşdirib.