...

Gürcüstanda sürüşmə zonasından 140 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 4 Avqust 2023 10:22 (UTC +04:00)

Bakı. Trend:

Bu gün səhər saatlarında Gürcüstanın qərbində torpaq sürüşməsi baş verən Şovi kurort bölgəsində sakinlərin təxliyəsi bərpa edilib.

Trend xəbər verir ki, 140 nəfər helikopterlə ərazidən təxliyə edilib.

Məlumatda onlar arasında uşaqların da olduğu bildirilib. İnsanların təxliyəsi ilə bağlı indiyə qədər helikopterlərlə 9 reys həyata keçirilib. İtkin düşən 50 nəfərdən 6-sını tapmaq mümkün olub.

Qeyd edək ki, Şovidə avqustun 3-ü günorta saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 2 nəfər həlak olub. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti