Bakı. Trend:
Kanadanın "Trillion Energy" energetika şirkəti neft çıxarılması və yataqların istismarı üçün Türkiyə ilə əməkdaşlıq edəcək.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Kanadanın "Trillion Energy" şirkəti türk şirkətləri ilə müqavilə imzalaması barədə xəbər verib.
Məlumata əsasən, ölkələr arasında Cudi və Qabar rayonunda yerləşən üç neft-kəşfiyyat blokunda 50% iş və gəlir payı üzrə razılıq əldə olunub.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.